İqtisadiyyat

“Fitch” neftin qiymətinin 70 dollardan yuxarı səviyyədə sabitləşmə ehtimalını qiymətləndirib

Neft qiymətlərinin bir barel üçün 70 ABŞ dollarından yuxarı səviyyədə sabitləşmə ehtimalı hələ ki, azdır.
“APA-Economics”in məlumatına görə, bunu RİA “Novosti”yə “Fitch” reytinq agentliyinin təbii sərvətlər və xammallar üzrə qrupunun direktoru Dmitri Marinçenko deyib.
Xatırladaq ki, çərşənbə axşamı “Brent” markalı neftin fyuçers qiymətləri martın 15-dən bəri ilk dəfə olaraq 70 dolları keçib.  
“Önümüzdəki bir neçə ayda qiymətlərin dinamikası əsasən “OPEC+”ın (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) hərəkətlərindən və tələbatın canlanmanın dinamikasından asılı olacaq. Bazarda hələ də qeyri-müəyyənlik var, lakin qiymətlərin 70 dollardan yuxarı səviyyədə sabitləşməsi ehtimalı o qədər də yüksək deyil, 50-60 dollarlıq qiymət səviyyəsi əksər şirkətlər və istehsalçı ölkələr üçün məqbuldur”, – deyə D. Marinçenko izah edib.
O həmçinin əlavə edib ki, “OPEC+” tərəfindən tətbiq edilən məhdudiyyətlər və tələbin yavaş bərpa olması səbəbindən bazarın defisitdə qalması davam edir, bu da, öz növbəsində, qiymətləri artırır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button