İqtisadiyyat

“Fitch Ratings” Azərbaycanda ÜDM-in artımını proqnozlaşdırır

2021-ci ildə Azərbaycanda ümumi daxili məhsulun real artımı 2,5 faiz səviyyəsində proqnozlaşdırılır.

Trend bu barədə “Fitch Ratings” agentliyinin hesabatına istinadən məlumat verir.

Qeyd olunur ki, bu göstərici 2020-ci ildə qeydə alınan 4,3 faiz azalmadan sonra bərpa olunacaq.

Bundan əvvəlki hesabatda, “Fitch” Azərbaycan ÜDM-in 2030-cu ilədək 94,3 milyard dollaradək artacağını proqnozlaşdırmlışdı.

Agentlik hesab edir ki, Azərbaycanın geniş enerji resursları, xüsusilə qaz ehtiyatları növbəti 10 il ərzində ölkə iqtisadiyyatının artımını təmin edəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button