Dünya

Floridada binanın dağılmasından sonra 159 nəfərin taleyi naməlum qalır

ABŞ-ın Florida ştatının Mayami Deyd dairəsində binanın dağılmasından sonra 159 nəfərin taleyi naməlum qalır.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib.
“İtkin düşmüş şəxslərin sayı 159-a çatıb”, – Mayami Deyd dairəsinin meri Daniella Lavin Kava mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, indiyədək ölmüş şəxslərin sayı 4-ə çatıb. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Xatırladaq ki, Mayami Deyd dairəsinin Sörfsayd şəhərciyində bina qismən dağılıb. Hadisə yerinə 80 xilasetmə briqadası yönləndirilib. İndiyədək 40-dək insanın dağıntılar altından çıxarıldığı bildirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button