Gündəm

Formula-1 2024-cü ilə qədər keçiriləcək

Formula-1 yarışlarının Azərbaycan Qran-Prisi 2024-cü ilə qədər keçiriləcək.

Bu barədə “Turan”a Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən məlumat verilib.

Məlumata görə, bu, ötən il koronavirus pandemiya səbəbindən Formula-1 Azərbaycan Qran-Prisinin keçirilməməsi ilə bağlıdır. “Müqavilə 2023-cü ilə qədər bağlanmışdı. Lakin ötən il Azərbaycan Qran-Prisi keçirilmədi deyə, müqavilədə dəyişiklik oldu və müddət 2024-cü ilə qədər uzadıldı”.

Şirkətdən həmçinin qeyd ediblər ki, sosial mediada bu il Formula-1 Azərbaycan Qran-Prisinin keçirilməyəcəyi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir: “4-6 iyun tarixlərində Bakıda yarış baş tutacaq”.

Xatırlatma

Azərbaycanda Formula-1 yarışları 2016-cı ildən keçirilir. Rəsmilər Azərbaycanda Formula-1 yarışlarına ümumilikdə çəkilən xərcləri açıqlamır. Bu da müxalifətin tənqidlərinə səbəb olur.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button