Cəmiyyət

Formula 1 pilotları Bakıda ağacəkmə aksiyasına qoşuldular

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisinin pilotları 5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günündə ağacəkmə aksiyasına qoşulmaqla Azərbaycan təbiətinə töhfə verib.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin icraçı direktoru və Formula 1 pilotları iştirak ediblər. Aksiya çərçivəsində Hökumət Evinin qarşısındakı ərazidə sərv ağacları əkilib.Xarici ölkələrdən gəlmiş qonaqların tədbirdə iştirak etməklə ətraf mühitin qorunmasına əməli töhfə vermələri sevindiricidir və bu aksiya Azərbaycanda keçirilən Formula 1 yarışlarının tarixində bir yenilikdir.Ağacların əkilməsində məqsəd ətraf mühiti qorumaqla gələcək nəsillərə daha gözəl təbiət bəxş etməkdir.Qeyd edək ki, dünya əhalisinin diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək və ekoloji şüurun yüksəldilməsi məqsədilə 1972-ci ildən başlayaraq, hər il 5 iyun tarixi Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunur.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button