İdman

Fransa Almaniya üzərində qələbə ilə başlayıb

AVRO-2020-nin qrup mərhələsində I tura yekun vurulub.
Apasport.az saytının məlumatına görə, turun son matçı F qrupunda keçirilib.
Almaniyanın Münhen şəhərində baş tutan qarşılaşmada son iki dünya çempionu üz-üzə gəlib. DÇ-2014-ün qalibi Almaniya üç il öncə bu titula yiyələnən Fransa ilə qarşılaşıb.
“Ölüm qrupu”nda yer alan komandaların duelinə Bundestim daha fəal başlayıb. Üstünlüyə yiyələnən Yoahim Lövün yetirmələri topa daha çox nəzarət edib. Lakin sürətli hücumlar quran fransalılar hesabı açıb. Mats Hummels avtoqol müəllifi olub. Buraxılan qoldan sonra da almaniyalılar daha çox hücum təşkil edib.
Fasilədən sonra da oyunun axarı dəyişməyib. Almaniya millisi Didye Deşamın yetirmələrinin müdafiə səddini yara bilməyib. Son dünya çempionları bir epizodda əks-hücum zamanı fərqlənsə də, VAR-ın qərarı ilə hesaba alınmayıb.
Qeyd edək ki, qrupun digər oyununda son Avropa çempionu Portuqaliya Macarıstana 3:0 hesabı ilə qalib gəlib.
AVRO-2020I tur, 15 iyunF qrupu23:00. Fransa – Almaniya – 1:0Qol: Mats Hummers, 20 (avtoqol)Baş hakim: Karlos del Serro Qrande (İspaniya)Münhen. “Allyans Arena”

1

Portuqaliya

1

1

0

0

3-0

3

2

Fransa

1

1

0

0

1-0

3

3

Almaniya

1

0

0

1

0-1

0

4

Macarıstan

1

0

0

1

0-3

0

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button