Dünya

Fransa öz hava məkanını Belarus təyyarələri üçün bağladı

Fransanın nəqliyyat üzrə dövlət katibi Jan-Batist Cebbari bildirib ki, Belarusun “Belavia” aviaşirkətinin təyyarələri üçün Fransa ərazisi üzərində uçuşlara icazə dayandırılıb.
“Report” xəbər verir ki, bu barədə nazir özünün tvitterdəki səhifəsində yazıb.
O, həmçinin Fransanın aviaşirkətlərini uçuşların həyata keçirilməsi üçün Belarusun hava məkanından istifadə etməməyə çağırıb.
“Sərnişinlərin təhlükəsizliyi üçün Fransada işləyən aviaşirkətlərdən Belarusun hava məkanı üzərindən daha uçmamağı xahiş etdim. Həmçinin “Belavia”nın uçuşlarına icazə dayandırılıb”, – Cebarri sosial şəbəkədəki hesabında yazıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button