Dünya

Fransa polisi gənclərə qarşı gözyaşardıcı qaz tətbiq edib

Fransa polisi ötən gecə paytaxt Paris şəhərinin mərkəzində yerləşən Əlillər meydanında toplaşaraq əylənən mindən artıq gənci gözyaşardıcı qaz tətbiq edərək dağıdıb.
“Report” AFP-yə istinadən xəbər verir ki, meydanda 1500-ə qədər insan toplaşıb.
Onların əksəriyyəti maska taxmayıb, sosial məsafə saxlamayıblar və spirtli içkilər qəbul edərək əyləniblər.
Paytaxt polisi “Twitter” hesabından bildirib ki, həmin toplantı mövcud sanitariya qaydalarını pozmaqla, həmçinin saat 23-dən başlayan komendant saatı zamanı keçirilib. Ona görə də polis toplaşanları dağıdıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button