Dünya

Fransada peyvənd olunmayan həkimlər işdən çıxarılacaq

Fransada yeni növ koronavirus infeksiyasına qarşı peyvənd olunmayan səhiyyə işçiləri 15 sentyabrdan etibarən işdən kənarlaşdırılacaq və onlara məvacib verilməyəcək.
“Report” xəbər verir ki, bunu Fransanın səhiyyə naziri Olivye Veran bəyan edib.
Fransa prezidenti Emmanuel Makron televiziya ilə xalqa müraciətində bildirib ki, həkimlər və xəstəxanalarda çalışanların hamısı məcburi vaksinasiya olunmalıdır. Onun sözlərinə görə, 15 sentyabrdan etibarən yoxlamalar aparılacaq və koronavirusa qarşı peyvənd olunmayan şəxslərə qarşı sanksiyalar tətbiq olunacaq.
“15 sentyabrdan etibarən tibb işçisi peyvənd olunmayıbsa, artıq işləyə bilməyəcək və ona maaş da verilməyəcək”, – deyə nazir vurğulayıb.
Qeyd edək ki, Fransanın Martinik və Reunyonda departamentlərində fövqəladə sanitar vəziyyət elan edilib və iyulun 13-dən komendant saatı yenidən tətbiq olunub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button