İdman

Futbol tarixinin xəyallar komandası açıqlanıb

Futbol tarixinin rəmzi komandaları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bütün dövrlərin A və B komandalarını müəyyənləşdirib.
Bu, “11-lik”lər qurumun müxtəlif ölkələrdəki, o cümlədən Azərbaycandakı nümayəndələri arasında keçirilən səsvermə ilə tərtib olunub. Azərbaycan millisinin sabiq baş məşqçisi Karlos Alberto Torres də əsas komandaya daxil edilib.
Futbol tarixinin xəyallar komandasıQapıçı: Lev Yaşin (SSRİ);Müdafiəçilər: Kafu (Braziliya), Frans Bekkenbauer (Almaniya), Franko Barezi, Paolo Maldini (hər ikisi İtaliya);Yarımmüdafiəçilər: Xavi (İspaniya), Dieqo Maradona (Argentina), Yohan Kroyf (Niderland);Hücumçular: Kriştiano Ronaldo (Portuqaliya), Lionel Messi (Argentina), Pele (Braziliya).
 B komandasıQapıçı: Canluici Buffon (İtaliya); Müdafiəçilər: Karlos Alberto Torres, Roberto Karlos (hər ikisi Braziliya), Bobbi Mur (İngiltərə), Daniel Passarella (İngiltərə);Yarımmüdafiəçilər: Lotar Matteus (Almaniya), Zinəddin Zidan, Mişel Platini (hər ikisi Fransa);Hücumçular: Ronaldo (Braziliya), Herd Müller (Almaniya), Alfredo dis Stefano (Argentina/İspaniya).

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button