İdman

Futzal üzrə Avropa çempionatının 15 iştirakçısı müəyyənləşdi

2022-ci ildə Niderlandda keçiriləcək futzal üzrə Avropa çempionatının final mərhələsinin 16 iştirakçısından 15-i bəlli olub.

“Report”un məlumatına görə, meydan sahibləri ilə yanaşı, 8 qrup birincisi və ən yaxşı göstəriciyə malik 6 qrup ikincisi turnirdə oynamaq hüququ qazanıb.

Bunlar Azərbaycan, Bosniya və Herseqovina, Xorvatiya, Finlandiya, Gürcüstan, İtaliya, Qazaxıstan, Polşa, Portuqaliya, Rusiya, Slovakiya, Sloveniya, İspaniya və Ukrayna kollektivləridir.

Avropa çempionatına yollanacaq son komanda isə bu ilin noyabrında Serbiya və Belarus yığmaları arasındakı pley-off oyunlarından sonra bəlli olacaq. İlk görüş noyabrın 14-də, cavab matçı isə 17-də olacaq.

Qeyd edək ki, final mərhələsinin qarşılaşmaları 19 yanvar – 6 fevralda keçiriləcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button