Cəmiyyət

Füzuli şəhəri “Sülh Şəhərləri Başçıları”na üzv olub

Füzuli şəhəri BMT qeydiyyatı olan “Sülh Şəhərləri Başçıları” adlı beynəlxalq qeyri-hökumət təşkilatının üzvlüyünə qəbul edilib.

İstiqlal.az xəbər verir ki, (2016/10), Qubadlı (2016/10), Cəbrayıl rayonu (2016/10), Xocalı (2016/10), Zəngilan rayonu (2016/10), Şuşa rayonu (2016/11), Kəlbəcər (2016/11), Xocavənd (2016/11) və Laçın (2016/12) ilə birlikdə Füzuli şəhəri nüvə silahlarsız dünya naminə, daimi qlobal sülhə və insanların rifahına töhfə vermək üçün “Sülh Şəhərləri Başçıları” təşkilatının təşəbbüsünə qoşulan Azərbaycan Respublikasının 10-cu şəhəri olub.

“Sülh Şəhərləri Başçıları” proqramı 1982-ci ildə Yaponiyanın Hiroşima şəhərinin o zamankı bələdiyyə  başçisi Takeşi  Araki  tərəfindən  təsis  edilib.  Sülh  Şəhərləri  Başçılarının məqsədləri üzv şəhərlər arasında sıx həmrəylik yolu ilə nüvə silahlarının tamamilə ləğv edilməsi, dünya üzrə insanlar arasında     narahatçılıq doğuran aclıq və yoxsulluq, qaçqınların vəziyyəti, insan haqlarıvə ətraf mühitin tarazlığının pozulması kimi həyati problemlərin həlli üçün səy göstərməklə davamlı qlobal sülhə nail olmaqdır. 01 iyun 2021-ci il tarixinə olan məlumata görə “Sülh Şəhərləri Başçıları” təşkilatının üzv sayı dünyanın 165 ölkə və  bölgələrindən olan 8,031şəhəri əhatə edir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button