Cəmiyyət

Gədəbəydə dolu təsərrüfata zərər vurdu – VİDEO

Gədəbəy rayonunda güclü dolu yağıb, əkin sahələrinə və meyvə ağaclarına zərər vurub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, dolu əsasən Başkənd və ətraf kəndlərdə fəsadlar törədib. On dəqiqədən çox davam edən dolu əkin sahələrinə, meyvə ağaclarına ziyan vurub. Hava şəraiti səbəbindən kənd yollarında nəqliyyatın hərəkətində də çətinliklər yaranıb. Sel suları sakinlərin əkin sahələrinə dolub, təsərrüfata ziyan dəyib.
Qeyd edək ki, hazırda bölgədə yağıntılı hava şəraiti müşahidə edilmir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button