İqtisadiyyat

Gələn aydan “YouTube”da yeni istifadə qaydaları qüvvəyə minəcək

İyunun 1-dən etibarən “YouTube” video-hostinq xidmətinin yeni İstifadə qaydaları qüvvəyə minəcək.
“APA-Economics” xidmətin yaydığı məlumata istinadən xəbər verir ki, yeni şərtlərə uyğun olaraq, “YouTube” monetizasiyanı aktivləşdirməyən müəlliflərin videolarında reklam nümayiş olunmayacaq. Müəlliflər tərəfdaş monetizasiya proqramında iştirak etmədiyi təqdirdə onlar videolarında reklamların nümayişindən pul ala bilməyəcəklər.
Bununla yanaşı, qeyd olunan tarixdən etibarən müəlliflərin platformada alacaqları bütün ödənişlər royalti (kompensasiya) sayılacaq. “Google” bu cür ödənişlərdən vergi tutacaq.
Digər məqam üztanıma funksiyası ilə əlaqəli məhdudiyyətlərdir. “YouTube” əvvəllər də istifadəçinin icazəsi olmadan şəxsləri müəyyənləşdirən məlumatların toplanmasını qadağan edirdi. Bu, üztanıma funksiyası ilə çəkilən şəkillərə aid idi. İndi isə “YouTube” bu qadağanı İstifadə qaydalarında açıq şəkildə əks etdirib.
Qeyd edək ki, yeniliklər artıq ötən ilin noyabr ayından ABŞ-da qüvvəyə minib. İyunun 1-dən isə qaydalar bütün ölkələrə şamil olunacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button