Cəmiyyət

Gəncədə azyaşlını avtomobillə vuran sürücü saxlanılıb

Mayın 11-də Gəncə şəhərinin N.Gəncəvi prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini, azyaşlı E.Məmmədov vurulub. Uşağa xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Daxili İşlərt Nazirliyindən “Report”a verilən məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib. Xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü, Gəncə şəhər sakini N.Şükürlü saxlanılıb.
Araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button