Cəmiyyət

Gəncədə küləyin yaratdığı fəsadlar aradan qaldırılır

Ötən gün Gəncədə əsən güclü küləyin yaratdığı fəsadlar aradan qaldırılır.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, mayın 9-da günorta saatlarından başlayaraq əsən güclü külək şəhər ərazisində bir neçə iri gövdəli ağacı kökündən qopararaq aşırıb.
Hazırda Gəncə şəhər Mənzil Komunnal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən Xan bağında 3, 36 nömrəli məktəbin önündə 1 və daha bir neçə ərzidə aşan iri gövdəli ağacların ərazidən götürülməsi işləri davam etdirilir.
Qeyd edək ki, güclü külək nəticəsində bəzi ərazilərdə elektrik xətləri də sıradan çıxıb. Bu problemin aradan qaldırılması istiqamətində lazımı işlərə başlanılıb, bu səbəbdən hazırda şəhərin bir neçə yaşayış massivində elektrik enerjisinin verilməsi dayandırılıb. Fəsadlar aradan qaldırıldıqdan sonra elektrik enerjinin verilməsi bərpa olunacaq.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button