Cəmiyyət

Gəncədə oğurluqda şübhəli bilinən keçmiş məhkum saxlanılıb

Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində oğurluq hadisələri törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 35 yaşlı Elşad İbrahimov may ayının 21-də şəhər ərazisində vətəndaşa məxsus fərdi yaşayış evindən ümumilikdə 1 0140 manat dəyərində müxtəlif qızıl-zinət və məişət əşyalarını oğurlayıb.
E.İbrahimov saxlanılaraq, maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktlarla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button