Mədəniyyət

Gəncədə yaşayan rəssamların virtual sərgisi keçirilib

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, sərgi rəssamların qalereya, muzeylər ilə əlaqələrinin sıxlaşdırılması və regionlarda rəssamlığın keyfiyyətinin artırılması, xüsusilə istedadlı insanların sərgilərdə iştirakını təmin etmək məqsədilə keçirilib.

Virtual sərgi bölgələrdə yaşayıb-yaradan rəssamlarla əməkdaşlığın genişləndirilməsi məqsədilə start verilən layihə çərçivəsində Gəncə şəhərində yaşayan rəssamlarla onlayn görüş zamanı verilən təkliflərə əsasən keçirilib.

Sərginin virtual ekspozisiyasında Gəncədə yaşayan rəssamların müxtəlif mövzu və janrda işlədiyi əsərləri nümayiş etdirilib.

Virtual sərgi Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial şəbəkədəki hesabları vasitəsilə yayımlanıb.

Gəncədə yaşayan rəssamların virtual sərgisi keçirilib (FOTO) - Gallery Image

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button