Cəmiyyət

Gəncədə yaşayış evlərinə yaxın ərazidə yanğın olub

Gəncə şəhərində yaşayış evlərinə yaxın ərazidə quru ot sahəsində yanğın baş verib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Azərbaycan küçəsində qeydə alınıb.
Yaşayış evlərinə 100-150 metr məsafəyə yaxın ərazidə başvermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Kəpəz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları cəlb olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qeyd edək ki, yanğının baverdiyi əraziyə yaxın yaşayanların dediyinə görə, bu ərazidə yanğın hadisəsi öncələrdə başverib və onlar yanğından zərər görəcəklərindən narahat olduqlarını bildiriblər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button