Cəmiyyət

Gəncədə yol qəzası baş verib, xəsarət alan var

Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Report”un məlumatına görə, hadisə Gəncə şəhərində baş verib. İki avtomobilin toqquşması nəticəsində 1962-ci il təvəllüdlü Həmzəyev Namaz Qaraca oğlu ağır bədən xəsarətləri alıb. Yaralı əvvəlcə Gəncə Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button