Cəmiyyət

Gəncədə zəncirvari yol qəzası olub, xəsarət alan var 

Gəncə şəhərində üç avtomobilin iştirakı ilə yol qəzası baş verib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Nizami Gəncəvi prospektində, 6 nömrəli orta məktəbin yaxınlığında qeydə alınıb.
“VAZ-2107”, “Daewoo” və “KIA” markalı avtomobillərin iştirakı ilə nəticələnən zəncirvari yol qəzasında 1992-ci il təvəllüdlü Ləman Cəlilova xəsarət alıb. O, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button