Dünya

Gənc oğlan nənə və babasının məzarında çətənə əkib – FOTO

Türkiyənin Afyonkarahisar əyalətinin Dazkırı rayonunda iki ər-arvadın dəfn olunduğu məzarda əkilməsi qadağan edilən çətənə kolunun yetişdiyini görən sakinlər polis əməkdaşlarına müraciət edib.
“Report” xəbər verir ki, daxil olan şikayət əsasında araşdırma aparan polis əməkdaşları 29 yaşlı Ç.Q-in nənə və babasının məzarında çətənə kolu əkdiyini üzə çıxarıb.
Məzarlara baxış zamanı, oradan ümumilikdə 26 çətənə kolu aşkarlanıb.
Saxlanılan gəncin yaşadığı evə baxış keçirilən zaman, daha 62 ədəd çətənə kolu, 54 qr qurudulmuş marixuana, 587 qr. “patı” kimi tanınan və psixotrop maddə olan metamfetamin və 1 ədəd həssas tərəzi aşkarlanaraq götürülüb.
Faktla bağlı Afyonkarahisar Prokurorluğunda cinayət işi açılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button