İqtisadiyyat

G7 ölkələri qlobal rəqəmsal verginin tətbiqinə dair razılığa gəliblər

G7 ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya) uzun illər davam edən müzakirələrdən sonra rəqəmsal iqtisadiyyatda transmilli şirkətlərin mənfəət vergisinin tətbiqi barədə razılığa gəliblər.
“APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, G7 ölkələrinin nümayəndələri həm ölkə daxilində, həm də beynəlxalq miqyaslı şirkətlər üçün ən azı 15% məbləğində minimum korporativ vergi dərəcəsinin (mənfəət üzrə) müəyyənləşdirilməsini təşviq etməyi qəbul ediblər.
Yenilik nəticəsində “Apple”, “Google”, “Amazon” və ya “Facebook” kimi nəhəng İT şirkətləri yalnız qeydiyyatdan keçdikləri deyil, həm də gəlir əldə etdikləri ölkələrdə vergi ödəməli olacaqlar. Bundan əvvəl bir çox şirkət qərargahını daha aşağı vergi dərəcəsi olan ölkələrdə qeydiyyatdan keçirirdi.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button