İdman

Gimnastlarımız Avropa çempionatında növbəti medalını qazandı

Rusiyanın Soçi şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa Çempionatında Azərbaycan yığması ikinci medalını qazanıb.

“Report”un məlumatına görə, gənclərin mübarizəsinə qatılan Hüseyn Abbasov və Maqsud Mahsudovdan ibarət sinxron cütlük gümüş medala sahib olub.

Daha əvvəl tamblinq üzrə gənclər arasında komanda yarışında Hüseyn Əsədullayev, Bilal Qurbanov, Adil Hacızadə və Tofiq Əliyevdən ibarət heyət bürünc medala layiq görülüb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button