İdman

Gimnastlarımız Misirdə keçirilən yarışlarda ikinci yeri tutublar

Azərbaycan təmsilçiləri Misirin Qahirə şəhərində keçirilən aerobika gimnastikası üzrə “Egyptian Pharaohs cup” adlı beynəlxalq turnirdə uğurlu çıxışla yadda qalıblar.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, aerobika gimnastikası üzrə yığma komandamızın üzvləri Vladimir Dolmatov və Mədinə Mustafayeva qarışıq cütlüklər arasında fərqlənərək, fəxri kürsünün ikinci pilləsinə yüksəliblər.

Xatırladaq ki, turnir 10 aprel tarixində yekunlaşacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button