İqtisadiyyat

“Google” “Facebook” parollarını oğurlayan bir sıra tətbiqi rəsmi mağazasından çıxarıb

“Google” şirkəti istifadəçilərin “Facebook” hesablarının parollarını oğurlayan bir sıra populyar tətbiqi rəsmi mağazasından çıxarıb.
“APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, ümumilikdə 10 troyan zərərverici tətbiqetmə təyin olunaraq mağazadan silinib. 
İlk baxışdan bu proqramlar faydalı və ən azından zərərsiz yardımçı proqramlar (optimizatorlar, fitness tətbiqlər, foto-redaktorlar və astrologiya proqramları) idi. Proqramlar bütün funksiyalarını lazımınca yerinə yetirirdi. Lakin bəzi hallarda tətbiqlərdə görünən reklamdan qurtulmaq üçün istifadəçilərdən “Facebook” hesablarına daxil olmaları istənilirdi ki, bu halda onların login və parolu ələ keçirilirdi.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button