Cəmiyyət

Goranboyda 47 yaşlı kişini ildırım vurub öldürdü

Goranboy rayonunda ildırım 47 yaşlı kişini vuraraq öldürüb.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Ballıqaya kəndində qeydə alınıb. Kənd ərazisindəki yaylaqda mal-qara otaran Laçın rayon sakini, 47 yaşlı Əhməd Əhmədovu ildırım vurub. O, hadisə yerindəcə ölüb.
Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti olub.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button