Cəmiyyət

Goranboyda avtomobil arxa düşüb, xəsarət alan var 

Goranboy rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Ağcakənd kəndində qeydə alınıb. Hərəkətdə olan “Pajero” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı arxa düşüb. Qəza nəticəsində avtomobildə sərnişin olan, 1939-cu il təvəllüdlü Gülzar Məmmədovanın qolu qırılıb və müxtəlif xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button