Cəmiyyət

Goranboyda qohumunu güllələyən şəxs saxlanılıb

Goranboy rayonda silahlı insident olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, rayonun Nizami kəndi ərazisində yerli sakin, 1963-cü il təvəllüdlü Məharət Fərman oğlu İbrahimov qohumu, 1958-ci il təvəllüdlü Rahib Hacıyev tərəfindən ov tüfəngi ilə açılan atəş nəticəsində boynundan və əlindən xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə polis şöbəsinə aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button