Cəmiyyət

Goranboyda yanğın baş verib, 4 nəfər tüstüdən zəhərlənib

Goranboy rayonunda vətəndaşa məxsus təsərrüfatda baş vermiş yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, Goranboy rayon Səfikürd kənd ərazisində vətəndaşa məxsus ot tayasında yanğın olub. Yanğını söndürməyə qonşular da köməyə gəlib. Nəticədə yanğını söndürmək istəyən, 1997-ci il təvəllüdlü Fərrux Çingiz oğlu Aslanov, 1994-cü il təvəllüdlü Elməddin Saməddin oğlu İsmayılov, 1997-ci il təvəllüdlü Füzuli Ferruz oğlu Hüseynov və 1990-cı il təvəllüdlü Sənan Nüsrət oğlu Qasımov tüstüdən zəhərləniblər.
Onlar Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onlara həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.
Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button