Cəmiyyət

Göyçayda avtomobil aşdı, xəsarət alan var

Göyçayda yol qəzası baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Göyçay-Ucar avtomobil yolunun 17-ci kilometrliyində qeydə alınıb.
Belə ki, Amil Bədəlovun idarə etdiyi 60-BP-602 dövlət seriya nömrəli, “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button