Cəmiyyət

Göyçayda qonşusunun evindən oğurluq edən keçmiş məhkum saxlanılıb

Göyçay rayonu Ulaşlı Şıxlı kəndində yerləşən fərdi yaşayış evindən müxtəlif məişət əşyalarının oğurlanması barədə Polis Şöbəsinə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu, əvvəllər də məhkum olunmuş Bəhruz Fərzəliyev saxlanılıb.
Onun metal qəbulu yerlərinə satdığı həmin əşyalar da maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button