Cəmiyyət

Göygöldə ahıl qadın özünü asdı

Göygöl rayonunda yaşlı qadın özünü asaraq intihar edib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Göygöl şəhərinin Şəhriyar küçəsində qeydə alınıb.
Tənha yaşayan rayon sakini, 75 yaşlı C.Kərimovanın yaxınları 2 gün ondan xəbər tutmayıb. Evə gələn qohumları qadını asılı vəziyyətdə görüblər.
Hadisə ilə bağlı polisə məlumat verilib, əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button