Cəmiyyət

Göygöldə minik avtomobili ilə yük avtomobili toqquşub, xəsarət alan var 

Bakı-Qazax avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, “VAZ-21015” markalı minik avtomobili və “Ford” markalı kiçik tutumlu yük avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü,Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Elmir Çapay oğlu Nağdaliyev xəsarət alıb.
O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button