Cəmiyyət

Göygöldə yaranmış tıxac aradan qaldırılıb – YENİLƏNİB

Göygöl-Toğanalı avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, avtomobil yolunda evakuator üzərindən yola aşan ekskavator ərazidən götürülüb və bir neçə saat yaranmış tıxac aradan qaldırılıb.
Hazırda nəqliyyatın hərəkəti bərpa olunub.
00:04
Göygöl rayonunda ekskavatoru daşıyan evakuator idarəetmədən çıxıb və nəticədə yük yerindəki ekskavator yola aşıb.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Hacıkənd yolunda qeydə alınıb.
Qəza nəticəsində avtomobil yolunda uzun tıxac yaranıb.
Nəticədə istirahətdən qayıdan çox sayda insan öz avtomobili ilə yolda qalıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button