İdman

Güləşçimiz Avropa çempionatının finalında

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Qol.az xəbər verir ki, 70 kq-da mübarizə aparan idmançı Ukrayna təmsilçisi İqor Nikiforukla üz-üzə gəlib. Rəqibinə 5:0 hesabı ilə qalib gələn Bayramov finala vəsiqə qazanıb. Onun həlledici görüşdəki rəqibi Rusiya idmançısı İsrail Kasumov olacaq.

Əfqan Xaşalov (57 kq) və Əli Rəhimzadə isə yarımfinalda müvafiq olaraq Rusiya təmsilçiləri Naçın Monquşa və Zagir Şakiyevə uduzublar. Onlar aprelin 20-də bürünc medal uğrunda mübarizə aparacaqlar. Xaşalov Mikyay Salim Naim (Bolqarıstan), Rəhimzadə isə Maksim Sakultan (Moldova) ilə qarşılaşacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button