İdman

Güləşçimiz qitə birinciliyində bürünc medal uğrunda yarışacaq

Qadın güləşçimiz Səbirə Əliyeva Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal uğrunda yarışacaq.

Trend xəbər verir ki, çempionatda 76 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz ilk görüşdə Estoniya idmançısı Epp Maeeyə məğlub olub. Güləşçimiz aprelin 22-də bürünc medal uğrunda xalça üzərinə çıxacaq. İdmançımızın rəqibi fransalı Vanessa Veskan olacaq.

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medala sahib olublar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button