İqtisadiyyat

Gürcüstan ərazisinə daxil olmaq istəyən əcnəbilər üçün şərtlər açıqlanıb

İstənilən ölkədən hava nəqliyyatı ilə səyahət edən bütün ölkələrin vətəndaşları, Gürcüstanın sərhəd buraxılış məntəqələrində istənilən COVID-19 peyvəndinin tam vurulmasını (iki doza) təsdiqləyən sənədi və 5 iyul tarixindən başlayaraq ölkəyə daxil olmaqdan 72 saat öncə alınmış neqativ PCR-test haqqında arayışı təqdim etdikləri təqdirdə, Gürcüstana daxil ola bilərlər. Sənədlər ingilis dilində olmalıdır.
Bu barədə “APA-Economics” “Buta Airways” aviaşirkətinə istinadən xəbər verir.
COVID-19 əleyhinə peyvənd olunmamış sərnişinlər üçün giriş qaydaları:
Gürcüstan vətəndaşları:
Səyahətdən 72 saat əvvəl keçirilmiş PCR testinin neqativ nəticəsi haqqında arayış təqdim edən Gürcüstan vətəndaşı 8 günlük özünütəcrid şəraitində qalmalı və ya Gürcüstanda olduğu 3-cü gün ərzində öz hesabına əlavə PCR müayinəsindən keçməlidir.  Əgər özünütəcrid mümkün deyilsə, vətəndaş məcburi karantinə yerləşdiriləcək;
Gürcüstan vətəndaşı sərhəddə PCR testini təsdiqləyən sənədi təqdim etmədiyi təqdirdə 8 gün özünütəcridə alınacaq, və ya təcrid olunması mümkün deyilsə, məcburi karantinə yerləşdiriləcək.
Son 14 gün ərzində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səyahət etmiş bütün şəxslər 12 gün müddətində məcburi karantinə yerləşdiriləcəklər.
Əcnəbilər:
Aşağıdakı dövlətlərin vətəndaşları və orada yaşayış icazəsi olanlar aşağıda göstərilən şərtlərlə Gürcüstana hava nəqliyyatı ilə daxil ola bilərlər:
Azərbaycan Respublikası, Avstriya, Bəhreyn, Belarus, Belçika, Bolqarıstan, Kanada, Çin Xalq Respublikası, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanistan, Macarıstan, İrlandiya, İsrail, İtaliya, Yaponiya, Qazaxıstan, Koreya, Küveyt, Qırğızıstan, Latviya, Litva, Lüksemburq, Malta, Moldova, Niderland, Norveç, Oman, Polşa, Portuqaliya, Qətər, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Tacikistan, Türkiyə, Türkmənistan, ABŞ, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq və Özbəkistan, əgər Ermənistan, Avstriya, Azərbaycan, Bəhreyn, Belarus, Belçika, Bolqarıstan, Kanada, Çin Xalq Respublikası, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, İsrail, İtaliya, Yaponiya, Qazaxıstan, Koreya, Küveyt, Qırğızıstan, Latviya, Litva, Lüksemburq, Malta, Moldova, Niderland, Norveç, Oman, Polşa, Portuqaliya, Qətər, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Tacikistan, Türkiyə, Türkmənistan, ABŞ, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, San-Marino, Monako, Serbiya, İslandiya, Lixtenşteyn, Monteneqro, Andorra, Albaniya, Şimali Makedoniya, Bosniya və Herseqovina və Özbəkistandan səyahət edirlərsə.
Sərnişinlər 14 günədək karantinə yerləşdirilə bilərlər. Daha ətraflı məlumat üçün https://mfa.gov.ge/MainNav/CoVID-19-sakitkhebi/sazgvris-kvetis-regulaciebi.aspx?lang=az-US saytına daxil olun.
Gürcüstana daxil olmaq üçün əcnəbilər aşağıdakı şərtlərə riayət etməlidilər:
Gürcüstana gələn əcnəbilər məcburi onlayn formanı doldurmalıdırlar https://registration.gov.ge/pub/form/8_protocol_for_arrivals_in_georgia/tk6157/. Qeydiyyatdan keçdikdən sonra gediş məntəqəsində uçuşa qeydiyyatdan keçərkən göstərilməli olan təsdiqləmə nömrəsi veriləcək. Vaksinasiyadan tam keçmiş sərnişinlər üçün bu formanın doldurulması vacib deyil.
Üçüncü ölkələrdən tranzit səyahət daxil olmaqla, yuxarıda göstərilən ölkələrdən birbaşa hava nəqliyyatı ilə səyahət etməlidirlər (Quru və dəniz sərhədləri bağlı qalır);
Gürcüstana səfərdən 72 saat əvvəl keçirilmiş PCR testinin arayışını Gürcüstanın sərhəd buraxılış məntəqəsində təqdim etməlidirlər;
PCR testinin arayışını ingilis dilində olmalıdır. 10 yaşdan aşağı olan sərnişinlər PCR testi olmadan Gürcüstana daxil ola bilərlər;
Gürcüstanda olduqları 3-cü gün ərzində öz hesabına əlavə PCR-müayinədən keçməlidirlər;
Dövlət sərhədini keçməzdən əvvəl son 14 gün ərzində səyahət tarixçəsini, əlaqə məlumatlarını (ünvan, telefon nömrəsi, elektron poçt və s.) göstərməklə xüsusi anket formasını doldurmalıdırlar.
Son 14 gün ərzində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səyahət etmiş bütün şəxslər əraziyə girişdən sonra 12 gün müddətinə məcburi karantinə yerləşdiriləcəklər. Bu halda sərhəddə PCR testinin neqativ nəticəsi haqqında arayış təqdim etmək və Gürcüstanda olduqları 3-cü gün ərzində PCR müayinəsindən keçməkdən azad olunacaqlar. Buna baxmayaraq, Azərbaycan Respublikasının qaydalarına uyğun olaraq, Bakıdan yola düşərkən COVID-19-a dair PCR testinin neqativ nəticəsi haqqında arayış təqdim etməlisiniz.
Gürcüstandan Azərbaycana “AZAL” və “Buta Airways” aviaşirkətlərinin reysləri ilə uçarkən Synevo laboratoriyasının (www.synevo.ge) filiallarının birindən koronavirus infeksiyasının olmaması barədə arayış almalı və ya üzərində QR-kodu olan PCR testinin neqativ nəticəsi haqqında arayış təqdim etməlisiniz (QR-kodun etibarlılığı qeydiyyat masalarında yoxlanılacaq).
Yuxarıda göstərilən qaydalar üçüncü mənbə tərəfindən təqdim edilib və əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Ərazisindən çıxdığınız və səyahət etdiyiniz ölkələrin tələbləri barədə ən son məlumatları əldə etmək üçün uçuşunuzdan əvvəl IATA-nın Səyahət Mərkəzinin saytını, Gürcüstan Xarici İşlər Nazirliyinin veb-saytını – https://mfa.gov.ge/ və https://stopcov.ge/en saytlını nəzərdən keçirməniz xahiş olunur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button