Dünya

Gürcüstan ABŞ və İsraildən hərbi texnika alacaq

“Gürcüstan hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi üçün önəmli addımlar atır”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin müdafiə naziri Cuanşer Burçuladze parlamentdə “nazir saatı” formatında çıxışı zamanı deyib.
O, İsrailin “Rafael” iri hərbi sənaye şirkəti ilə fəal əməkdaşlığın olduğunu bildirib: “Bu ilin sonuna qədər bu şirkətin hava hücumundan müdafiə sistemini əldə edəcəyik. Müasir özüyeriyən zenit-raket kompleksinin də alınması planlaşdırılır”.
C.Burçuladze ABŞ-dan əlavə tank əleyhinə “Javelin” raket qurğuları partiyasının da tədarükünün planlaşdırıldığını qeyd edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button