İqtisadiyyat

Gürcüstan Azərbaycandan böyük turist axınını bərpa etmək niyyətindədir

“Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün imkanlar kifayət qədərdir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib.

XİN başçısı bildirib ki, COVID-19 pandemiyasının yaratdığı müəyyən problemlər ikitərəfli iqtisadi əməkdaşlığa mane olub: “Lakin həm Gürcüstan, həm də Azərbaycan tərəfindən bu əməkdaşlığın dərinləşdirilməsi və ölkələr arasında ticarət dövriyyəsinin həcminin artırılmasına hazırlıq var”.

D.Zalkalianinin sözlərinə görə, turizm sektorunda əməkdaşlıq üçün bir sıra imkanlar mövcuddur: “Pandemiyadan öncə Azərbaycandan Gürcüstana gələn turistlərin sayı rekord səviyyədə idi. Biz bu səviyyəni saxlamaq və daha da artırmaq istəyirik”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button