İqtisadiyyat

Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını 22% artırıb

Bu ilin yanvar-aprel ayları ərzində Gürcüstan Azərbaycandan 499,2 mln. kVt-saat  elektrik enerjisi idxal edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Elektrik Enerjisi Sistemi Kommersiya Operatorunun (ESCO) hesabatında bildirilib.
Qeyd olunub ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 89,9 mln. kVt-saat və ya 22% çoxdur. Belə ki, 2020-ci ilin ilk dörd ayında Gürcüstan Azərbaycandan 409,3 mln. kVt-saat elektrik enerjisi idxal edib.
Cari ildə Azərbaycandan elektrik enerjisi idxalı Gürcüstanın ümumi idxalının 29,4%-ni təşkil edib.
Hesabat dövründə Rusiya Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü olub – 1 037,0 mln. kVt-saat.
Hesabat dövründə Gürcüstanın ümumi elektrik enerjisi idxalı həcmi 1 697,3 mln. kVt-saat təşkil edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button