Dünya

Gürcüstan Azərbaycandan min ton aviasiya yanacağı idxal edib

Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycanda min ton aviasiya yanacağı idxal edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib.
Hesabat dövründə Gürcüstanın bu yanacaq növünə olan tələbatının 6,2 %-ni Azərbaycan təmin edib.
İlk dörd ayda Gürcüstanın tədarük etdiyi aviasiya yanacağının ümumi həcmi illik müqayisədə 16,9 % azalaraq 16,2 min ton təşkil edib. Qonşu ölkənin əsas idxalçısı Türkmənistan (10,3 min ton) olub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button