İqtisadiyyat

Gürcüstan Azərbaycandan neft idxalını artırıb

Bu ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycandan 35 460,95 min ABŞ dolları məbləğində 73 316,62 ton neft idxal edib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Qeyd olunub ki, idxal edilən məhsulun dəyəri illik müqayisədə 17 941,67 min dollar və ya 2 dəfə, həcmi isə 7 530,2 ton və ya 11,4% artıb. Belə ki, 2020-ci ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycandan 17 519,28 min dollar dəyərində 65 786,42 neft idxal edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button