Dünya

Gürcüstan baş nazirinə yeni müşavir təyin olunub

İrakli Sesiaşvili Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin müdafiə və təhlükəsizlik məsələləri üzrə müşaviri təyin edilib.
“Report”un yerli bürosu xəbər verir ki, hökumət başçısı yeni müşaviri ilə işgüzar görüş keçirib.
İ.Qaribaşvili bildirib ki, müdafiə və təhlükəsizlik Gürcüstan hökuməti üçün prioritet sahələrdir. O, İ.Sesiaşviliyə fəaliyyətində uğurlar arzulayıb.
İ.Sesiaşvili parlamentin üzvüdür. O, 2012-2020-ci illərdə qanunverici orqanın Müdafiə və təhlükəsizlik məsələləri Komitəsinin sədri olub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button