Dünya

Gürcüstan MSK-nın sədrliyinə iki namizəd irəli sürülüb

Gürcüstan prezidenti Salome Zurabişvili Mərkəzi Seçki Komissiyasının (MSK) sədri vəzifəsinə iki nəfərin namizədliyini parlamentə təqdim edib.
“Report”un yerli bürosu xəbər verir ki, həmin şəxslər Giorgi Kalandarişvili və Giorgi Santurianidir.
Onlar 8 namizəd arasında müsahibədən uğurla keçiblər. Hazırda hər ikisi MSK-da yüksək vəzifələr tutur.
Məsələnin qanunverici orqanın bugünkü büro iclasında nəzərdən keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, MSK-nın keçmiş sədri Tamar Jvaniya iyunun 30-da istefa verib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button