Dünya

Gürcüstan MSK-ya sədr seçkisi yenidən baş tutmayıb

Gürcüstan parlamentində ölkənin Mərkəzi Seçki Komissiyasına (MSK) sədr seçkisi ikinci dəfə baş tutmayıb.
“Report”un yerli bürosu xəbər verir ki, sədrliyə hər iki namizəd yetərli səs toplaya bilməyib.
Giorgi Kalandarişvili tələb olunan 100 səs əvəzinə 83, Giorgi Santuriani isə cəmi 4 səs əldə edib.
Beş il müddətinə sədrin təsdiqlənməsi baş tutmayandan sonra qanunverici orqanda sədrin altı ay müddətinə seçilməsi məsələsi səsverməyə qoyulmalıdır.
Parlament namizədlərə 4 dəfə səs vermək hüququna malikdir.
Qeyd edək ki, MSK-nın keçmiş sədri Tamar Jvaniya iyunun 30-da istefa verib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button