Dünya

Gürcüstan parlamentində qarşıdurma baş verib

Gürcüstan parlamentində gərgin vəziyyət yaranıb.
“Report”un yerli bürosu xəbər verir ki, mətbuat və vətəndaş cəmiyyətinin nümayəndələri qanunverici orqana daxil olublar.
Polis kütlənin qarşısını almağa müvəffəq olmayıb.
“Pirveli” telekanalının təsisçisi Vato Tsereteli də etirazçılar arasındadır. Müxalifəti təmsil edən deputatlar da kütləyə qoşulub. Hazırda parlamentin iclas zalında fiziki qarşıdurma yaşanır.
Etirazçılar Baş nazir İrakli Qaribaşvilinin istefasını tələb edirlər.
Qeyd edək ki, bu gün parlamentin növbədənkənar iclası keçirilməlidir.
Qonşu ölkədə iyulun 5-də LGBT əleyhdarlarının Tbilisidə törətdikləri iğtişaşlarda döyülən “Pirveli”nin operatoru Lekso Laşkaravının ötən gün vəfat etməsindən sonra vəziyyət gərginləşib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button