Dünya

Gürcüstan və Ermənistanın XİN başçıları bölgədəki vəziyyəti müzakirə ediblər

Gürcüstanın xarici işlər naziri David Zalkaliani Ermənistanın XİN başçısı vəzifəsini icra edən Ara Ayvazyanla görüşüb.
“Report”un yerli bürosu xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər ticari-iqtisadi əlaqələr, infrastruktur və nəqliyyat layihələrinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüşdə bölgədəki vəziyyət və təhlükəsizlik məsələləri də nəzərdən keçirilib, regionda dayanıqlı sülhün bərqərar olmasının önəmi qeyd edilib.
XİN başçıları regionda mövcud problemlərin dialoq və danışıqlar yolu ilə həllinin tərəfdarı olduqlarını bildiriblər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button