Dünya

Gürcüstanda açıq havada maska taxmaq tələbi ləğv olundu

Bu gündən etibarən Gürcüstanda açıq havada qoruyucu maskadan istifadə tələbi aradan qaldırılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Baş nazir İrakli Qaribaşvili brifinqdə bildirib.
O, maskadan ictimai nəqliyyat və qapalı məkanlarda istifadənin məcburi olacağını qeyd edib.
Gürcüstan hökumətinin digər qərarı ilə iyulun 1-dən komendant saatı tətbiq edilməyəcək.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button