Dünya

Gürcüstanda bəzi silahların gəzdirilməsinə icazə verilir

Gürcüstanın “Silah haqqında” Qanununa düzəlişlər layihəsi hazırlanıb.
“Report”un yerli bürosu xəbər verir ki, silah dövriyyəsinin məhdudlaşdırılmasını nəzərdə tutan layihə ölkə parlamentinin İnsan haqları və vətəndaş inteqrasiyası komitəsində müzakirə olunub.
Qanuna qazla işləyən və səsli (akustik) silahın daşınması qaydalarını tənzimləyən yeni maddə əlavə edilib.
Maddəyə əsasən, qazlı silah müdafiə üçün nəzərdə tutulduğundan onu daşımağa icazə veriləcək, lakin açıq şəkildə gəzdirilməsi və ictimaiyyət qarşısında nümayişi qadağan olacaq.
Akustik silaha gəlincə, ondan istifadə konkret məqsədlər üçün – teatr, film və televiziya tamaşalarının nümayişləri, tarixi rekonstruksiyalar, parad və idman tədbirlərində icazəli olacaq. Fiziki şəxsə bu cür silahı daşımaq qanunla qadağan ediləcək.
Sənəd baxılması üçün qanunverici orqanın Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinə təqdim olunub.
Qeyd edək ki, qonşu ölkədə bu vaxta qədər yalnız publik hüquqi şəxslərə qazla işləyən silah gəzdirməyə icazə verilirdi.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button